Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.09.2014 13:21

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azerspace 2"-nin tikintisi layihəsi üzrə tenderin keçirilməsinə hazırlaşır

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci telekommunikasiya peyki “Azerspace 2”-nin tikintisi layihəsi üzrə tenderin keçirilməsinə hazırlaşır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda nazirlik peykin uyğun texniki parametrlərini müəyyən edir: "Bizə çox maraqlı təkliflər daxil olub. Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bəzi ölkələrin uğursuz təcrübəsi göstərir ki, belə layihələrin reallaşdırılmasına tələsməyə dəyməz. Hazırda nazirlik bu sahədə kifayət qədər təcrübəyə malikdir və bu prosesə yüksək səviyyəli mütəxəssis və ekspertləri cəlb edir".

Nazir müavini qeyd edib ki, hazırda RYTN-ə təqdim olunan təkliflər qiymətləndirilir və yekun tələblər müəyyən edildikdən sonra tender elan olunacaq: "Tenderin keçirilməsi üçün vacib meyarlar bunlardır: maliyyələşdirmə necə həyata keçiriləcək, hansı resurslardan istifadə olunacaq, peyk hansı orbital mövqedə yerləşəcək və s. Bu gün bütün bu detallar araşdırılır. İlin sonunadək parametrlər müəyyən ediləcək və bundan sonra tender elan olunacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek