Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

29.09.2014 13:22

İltimas Məmmədov: Azərbaycan və İran telekommunikasiya avadanlıqlarını birgə istehsal edə bilərlər

Azərbaycan və İran telekommunikasiya avadanlıqlarının birgə istehsalını təşkil edə bilərlər. Trend xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Bakıda İran nümayəndə heyəti ilə keçirilən görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Azərbaycan İKT sahəsində İranla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı nikbin əhval-ruhiyyədədir. Hazırda İKT sektoru iki ölkənin əməkdaşlığının ümumi strukturunda cüzi pay təşkil etsə də, əməkdaşlığın qurula biləcəyi müxtəlif istiqamətlərə malikdir: "Burada söhbət birgə kompüter və telekommunikasiya avadanlıqlarının istehsalından gedə bilər. İran mis və optik naqillərin istehsalat xəttinə malikdir. Buraxılan məhsul həm daxili ehtiyacları, həm də region ölkələrinin bazarlarına ixracı təmin edə bilər. İranda, yaxud Azərbaycanda Avropa standartlarına cavab verən birgə istehsalın təşkili məsələsi müzakirələrin mövzusu ola bilər".

Nazir müavini qeyd edib ki, göstərilən sahələrdə ikitərəfli əməkdaşlığın təməli artıq bu gün qoyulur və bu, sonrakı görüşlərdə müzakirə mövzusu ola bilər.

Bundan başqa, İran şirkətləri təməli ilin sonunadək qoyulması planlaşdırılan Azərbaycanın "Yüksək Texnologiyalar Parkı"nda təmsil olunmağa hazır olduqlarını ifadə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek