Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

17.10.2014 09:56

Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı daha iki identik milli standartın layihəsini hazırlanıb

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Standartlaşma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK05) tərəfindən təhlükəsizlik üzrə daha 2 identik milli standartının layihəsi hazırlanıb.

RYTN-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu ISO/IEC 27032-2012 (Information technology - Security techniques - Guidelines for cybersecurity), ISO/IEC 27035-2011 (Information technology - Security techniques - İnformation security incident management) standartlarının layihələridir.

Hazırda qeyd edilən standart layihələri aidiyyəti qurumlarla razılaşdırılır və müsbət rəylər alındıqdan sonra onların təsdiqlənməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu günlərdə TK 05 tərəfindən hazırlanmış 2 standart üzrə - ISO/IEC 27007:2011 (Information technology – Security techniques – Guidelines for information security management systems auditing), ISO/IEC TR 27008:2011 (Information technology – Security techniques – Guidelines for auditors on information security controls) aidiyyəti qurumlardan (Elektron Təhlükəsizlik Mərkəzindən, Milli Təhlükəsizlik Nazirliyindən, İnformasiya Texnologiyaları İnstitutundan, Azərbaycan Texniki Universitetindən) müsbət rəylər alınıb qeydiyyata alınması üçün SMPDK-ya təqdim olunacaq.

Ümumilikdə TK05-də bu günədək  hazırlanmış 35 milli standart SMPDK tərəfindən dövlət qeydiyyatına alınıb. Onlardan 11-i terminoloji standart, 14-ü informasiya təhlükəsizliyi üzrə standartları, 3-ü biometrik standart, 5-i rəqəmli TV standartı, 2-si klaviatura düzümüdür.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek