Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

17.10.2014 09:57

Azərbaycanın dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqinə başlanılıb

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən dövlət qurumlarında müvafiq monitorinqlərin keçirilməsinə başlanılıb.

MHM-dən “APA-Economics”ə daxil olan xəbərə görə, monitorinqin keçirilməsində başlıca məqsəd dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində (İS) fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, eyni zamanda İS-lərin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasıdır.

Artıq MHM-in işçi qrupu tərəfindən Dövlət Sosial Müdafiə Fondunda, İqtisadiyyat və Sənaye Nazirliyində, Dövlət Miqrasiya Xidmətində və Ədliyyə Nazirliyində müvafiq informasiya sistemlərinin monitorinqləri keçirilib və həmin qurumların mülkiyyətçisi olduğu İS-lərin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıb.

Digər dövlət qurumlarında analoji monitorinqlərin keçirilməsi tərtib edilmiş qrafikə uyğun planlaşdırılır. Monitorinq zamanı qurumların İS-ləri və ehtiyatları yerində öyrənilir və monitorinqlər başa çatdıqdan sonra, digər dövlət qurumları tərəfindən bir sıra elektron xidmətlərin göstərilməsi üçün həmin quruma məxsus İS-lərinin "Elektron hökumət” portalına qoşulması və uyğun servislərin verilməsi və eyni zamanda əksinə, həmin qurumun digər dövlət qurumlarının uyğun servislərinə qoşulması üçün konkret təkliflər hazırlanacaq.

Monitorinqlərin əsas məqsədi həm də informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, mühafizə edilməsi və digər dövlət qurumlarına "bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek