Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.11.2014 19:04

Bakutel sərgisi öz biznesini inkişaf etdirmək istəyən şirkətlər üçün unikal bir platformadır

İlk gündən Bakutel sərgisinin iştirakçısı olan Bakcell şirkəti bu sərginin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına təsirini yüksək qiymətləndirir. Bu sərgi öz biznesini inkişaf etdirmək və yeni bazarlara doğru genişləndirmək istəyən şirkətlər üçün unikal bir platformadır. Bakutel çox vacib bir telekommunikasiya tədbiridir və çoxlu sayda hazırkı və gələcək abunəçilərimizlə birbaşa əlaqə yaratmaq üçün əla bir imkandır. Bu sərgi bizə eyni zamanda bazarda mövcudluğumuzu nümayiş etdirmək imkanı yaradır. Bununla yanaşı, əməkdaşlıq üçün yeni sahələri müəyyənləşdirməmizə yardım göstərir.

Biz bu sərgidə hər zaman böyük məmnuniyyətlə iştirak edir və öz yeni texnologiyalarımızı, məhsul və xidmətlərimizi, eyni zamanda yeni əməkdaşlıq layihələrimizi nümayiş etdiririk. Biz inanırıq ki, Bakutel uzun illər ərzində ölkənin ən vacib telekommunikasiya tədbiri olaraq qalacaq və Azərbaycanda telekommunikasiya sektorunun inkişafı üçün yeni imkanlar yaradacaq. Bütün Bakutel komandasını təbrik edirəm!


Hörmətlə,

Bakcell şirkətinin baş icraçı direktoru

cənab Riçard Şirer

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek