Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

12.11.2014 11:06

“Bakutel” sərgisi öz 20 illik yubileyini qeyd edir

Bu il ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri - “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı öz yubileyini qeyd edir. Artıq 20 ildir ki, “Bakutel” sərgisi hər il telekommunikasiya bazarının aparıcı şirkətlərini öz meydançasında bir araya toplayaraq İT məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün əsas arena funksiyasını yerinə yetirir və burada möhkəm əlaqələr qurulur, yeni müəssisələr yaradılır. Sərginin həm inkişafında, həm də təşəkkül tapmasında, eləcə də ona yeni təkan verilməsində sərgiyə yaxından dəstək göstərən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xüsusi rol oynamışdır.

Builki “Bakutel” sərgisində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edəcək. İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribyutorları var. Sərgidə bir sıra ölkələrin milli stendlərinin maraqlı iştirakı gözlənilir (sözügedən milli stendlərin iştirakı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi çərçivəsində təşkil olunacaq. Ənənəyə sadiq qalaraq, sərgi gənc mütəxəssislərin regionun İKT sektorunun bu ən böyük tədbiri çərçivəsində öz ixtira, proqram və xidmətləri haqqında danışması üçün imkan yaradır. Bununla əlaqədar olaraq, sərgidə “startap”lara (yeni fəaliyyətə başlayan şirkətlərə) böyük diqqət ayrılıb və bu il də onların sərgidə iştirakı üçün xüsusi stendlər təşkil olunacaq. Həmçinin, İKT üzrə ən son qlobal təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş geniş işgüzar proqram da planlaşdırılmışdır. Beləliklə, “Bakutel” sərgisi çərçivəsində “Əşyalar İnterneti” mövzusunda konfrans və “e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və yeni imkanlar»” adlı beynəlxalq forumu keçiriləcək.

Sərginin 20 illik yubileyi ilə əlaqədar əlavə tədbirlər proqramı planlaşdırılaraq həyata keçiriləcək və bu proqram özünün koloriti və rəngarəngliyi ilə həm iştirakçıları, həm də ziyarətçiləri sevindirməklə yanaşı, sərgidə xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradacaqdır. “Bakutel 2014” sərgisinin baş sponsoru “İntel” şirkətidir. Sərginin digər sponsorları arasında “Eurodesign” (Azərbaycan) və “Tecnotree” şirkətləri də var. Sərginin iştirakçıları qismində isə “Iteca Caspian”, “Caspian Event Organisers” və “ITE Group Plc” şirkətləri çıxış edirlər.

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek