Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

28.11.2014 09:32

“Bakutel” sərgisini 20 illik yubileyi münasibəti ilə təbrik edirik

Telekommunikasiya və İnformasiya Texnologiyaları sektorunun təbliği istiqamətində “Bakutel”in xidmətləri əvəzsizdir. Bu il ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri – “Bakutel” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı 20-ci yubiley ilini qeyd edir. Artıq 20 ildir ki, “Bakutel” sərgisi hər il telekommunikasiya bazarının aparıcı subyektlərini öz meydançasında bir araya toplayaraq informasiya texnologiyalarının məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün əsas arena funksiyasını yerinə yetirir və burada yeni əlaqələr qurulur.

Ötən 20 il ərzində “Aztelekom” İstehsalat Birliyi də öz nailiyyətlərini “Bakutel” sərgi və konfranslarında təqdim etmək fürsətindən yararlanaraq, telekommunikasiya və informasiya texnologiyaları sahəsində öz yeniliklərini və xidmətlərini daim nümayiş etdirmişdir.

Bir sərginin davamlı keçirilməsi üçün 20 il az zaman deyil. Bu 20 ildə “Bakutel” hər dəfə bir az böyüyüb, inkişaf edib. Hər il daha çox uğur, daha çox nailiyyət qazanmağa çalışıb. 20 illik zəhmətin bəhrəsi olaraq, bu gün “Bakutel” Azərbaycanın ən böyük sərgilərindən birinə çevrilib.

Sizi 20 illik yubileyiniz münasibətilə təbrik edir, yeni uğurların nümayişi yolunda apardığınız işinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Aztelekom İstehsalat Birliyi

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek