Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

01.12.2014 15:39

Bakutel 2014 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Bu gün, yəni 1 dekabr saat 12:00-da “Marriott Absherom Baku” otelində “Bakutel” 2014- 20-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası Rabitə və Yüksək texnologiyaları nazir müavini cənab Elmir Vəlizadə, Edvard Stroon, CEO, “İntel” şirkətinin vist-prezidenti Con Devis və “Bakutel” layihəsinin rəhbəri Rəna Abutalıbova iştirak edirdilər.

Mətbuat konfransını giriş sözü ilə açan rabitə və yüksək texnologiyaları nazir müavini Elmir Vəlizadə ilk növbədə hamını Azərbaycanda Bakutel sərgisinin yubiley münasibəti ilə təbrik etdi. Daha sonra E. Vəlizadə jurnalistlərə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində nazirlik tərəfindən planlaşdırılan layihələr barədə danışaraq cari ilin sektor üzrə statistik göstəricilərini onların diqqətinə çatdırdı.

Mətbuat konfransı başa çatdıqdan sonra cənab Edvard Stroon sərginin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə öz minnətdarlığını bildirdi və təşkilatçılar adından iştirakçılara və ziyarətçilərə “Bakutel” 2014 sərgisində uğurlu iş arzuladı.

Xatırladırıq ki, “Bakutel 2014” sərgisi 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek