Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2014 15:48

“Bakutel” 2014: Xəzəryanı regionun İKT sənayesinin əlamətdar hadisəsi

Bu gün Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel 2014”) sərgi və konfransı öz işinə başladı. Sərginin təşkilatçıları qismində “Iteca Caspian”, “ITE Group Здс” və “Caspian Event Organisers” (СЕО) şirkətləri çıxış edirlər.

Keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionun aparıcı İKT forumuna çevrilməklə yanaşı, hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin son illər ərzində keçirilən “Bakutel” sərgisini ziyarət etməsi isə İKT sahəsində bu irimiqyaslı ixtisaslaşdırılmış tədbirin yüksək statusunu bir daha vurğulayır. Dövlət başçısı Azərbaycan, Sudan, Türkiyə, Misir, İran, Bolqarıstan, Macarıstan və digər ölkələrin sənaye nazirlərini, eləcə də İKT sənayesinin bir çox məşhur mütəxəssis, rəhbərlər və ekspertlərini öz meydançasına toplayan yubiley sərgi boyu təşkil edilmiş VIP-tura başçılıq etdi.

Artıq foyedən sərgiyə maraq yaranırdı, belə ki, burada Azərbaycanın milli pavilyonu yerləşdirilib. Sözügedən pavilyonda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyəti və İKT sənayesinin inkişafı üzrə gələcək layihələri barədə ətraflı məlumatlar verilir. Məhz burada işlənib hazırlanmış mühüm məhsulları nümayiş etdirən BMT-nin pavilyonu da ziyarətçiləri qəbul edir. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilk dəfə olaraq öz stendi ilə Bakıda keçirilən sərgidə iştirak edir. Həmçinin, Bakı Ekspo Mərkəzinin foyesində  “Baku 2015” adlı stend də yerləşir və bu stend 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına hazırlıq prosesini əks etdirir.

Bu il sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı, simsiz, peyk rabitəsi və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları nümayiş etdirilir.  Yubiley “Bakutel” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir  və onların arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri,  sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır.  Böyük və bir sıra digər ölkələr sərgidə təkcə Azərbaycan deyil, həm də bütün Xəzəryanı region üçün innovasiyalı proqramlar nümayiş etdirməklə yanaşı, İKT sahəsi üzrə məhsul və xidmətlərin təqdimatlarını aparacaqlar.

Qeyd edək ki, artıq sərgi iştirakçılarının demək olar ki, yarısı öz təqdimatları barədə məlumat verməklə yanaşı, ziyarətçilərə Azərbaycan dilində universal platforma, Azərbaycanda ilk ERP sistemi, art-instalyasiyalar nümayiş etdirən LED video-panellər, avtomobilin izlənilməsi və avto-parkın idarə edilməsi üzrə GPS sisteminin yeni texnologiyaları, “mobil pul kisəsi” adlı həll variantları və s. bu kimi məhsulları təklif edir. Həmçinin, sərgidə “Fiber-to-the-home” (evə qədər fiber internet əlaqəsi) üzrə optik-lifli texnologiyalar sahəsində optik-lifli kabellər,  kompleks həll variantları və xidmətlər, peyk və yerüstü sistem və aksessuarlar üzrə keyfiyyətli həll variantları, unikal qadjet - “Epson Moverio” və “Oculus Rift” eynəkləri, virtual reallıq üzrə innovasiyalı dəbilqə və s. bu kimi məhsullar da nümayiş etdirilir.

Bu il debütantların tərkibinə rekord sayda “start-up”lar da daxildir. Onlara Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilir və bu dəstək “Bakutel” sərgisinin ənənələrindən biridir. Yubiley “Bakutel” sərgisi mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilir və bu sərgi çərçivəsində bütün dünya üzrə İKT sənayesinin ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sənayesinin inkişafı perspektivlərinin müzakirəsinə imkan verən konfrans və seminarların keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel” sərgisinin formalaşması və inkişafına əvəzolunmaz dəstək göstərir. Azərbaycanın dövlət strukturları arasında yer alan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da bu sərgiyə dəstək göstərirlər. Həmçinin, artıq bir neçə ildir ki, sərgi BMT və Beynəlxalq Telekommunikasiya İttifaqı kimi nüfuzlu strukturlar tərəfindən də dəstəklənir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek