Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2014 17:21

Gələcək internet televiziyasınındır

Oktaviy Ternetyev, “TVIP” şirkətinin beynəlxalq satış üzrə meneceri

- Biz “Bakutel” sərgisində ilk dəfə iştirak edirik. Bu qərar məhsullarımızı geniş şəkildə nümayiş etdirmək və ziyarətçiləri gələcək internet televiziyası barədə məlumatlandırmaq istəyi ilə bağlıdır. Bu televiziya artıq yaxın vaxtlarda tamamilə məşhur və aktual olacaq. Biz burada sözügedən televiziyanın iş prosesi və internet televiziyanın işə salınması vasitələri barədə danışacaq və onları ziyarətçilərə nümayiş etdirəcəyik.

Şirkətimiz artıq beş ildən artıqdır ki, proqram təminatının işlənib hazırlanması və IPTV/OTT rabitə operatorlarına xidmətlərin göstərilməsi üzrə avadanlıqların istehsalı sahəsində çalışır. Bizim ticarət markamız altında buraxılan məhsullar Sankt-Peterburqda işlənib hazırlanaraq ÇXR-da tərəfdaşların zavodlarında istehsal olunur.  Bununla yanaşı, “TVIP” şirkəti “Android” platforması əsasında unikal həll variantının işlənib hazırlanması ilə də məşğuldur və bu, 2014-cü ilin əvvəlindən etibarən bazarda uğurla satılır. “TVIP” şirkətinin stendində təqdim olunan media mərkəzləri öz müasir dizaynı, pulta dərhal reaksiyası və interfeysin rahatlığı, eləcə də daxili “Wi-Fi” sistemi ilə fərqlənir və bu, həm operatorlar, həm də son istifadəçilər üçün xüsusilə vacibdir.

Sərgidə iştirakdan biz internet televiziyaya maraq göstərilməsini gözləyirik və əminik ki, təkliflərimiz yerli bazarı maraqlandıracaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek