Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

02.12.2014 17:32

“Arbor Networks” şirkəti DDoS hücumlarından mühafizə sahəsində liderdir

Mixail Rodionov, “Arbor Networks” şirkətinin Rusiya və MDB ölkələrində satış üzrə direktoru

- Biz bu sərgidə 2000-ci ildə təsis edilmiş “Arbor Networks” şirkətini təmsil edirik. Şirkət rabitə operatorları şəbəkələrində və iri korporasiyalarda təhlükəsizliyin təmin edilməsi üzrə həll variantlarının təchizatçısıdır. Hazırda “Arbor Networks” şirkəti bazarın ümumi həcminin üçdə birini tutmaqla yanaşı, şəbəkələrin təhlükəsizliyi sahəsində öz sinfinin ən yaxşı həll variantlarını təklif edir.

Bizim həll variantları şəbəkələrin monitorinqini aparmağa və DDoS hücumlarını və onlardakı anormallıqları səmərəli surətdə aşkar etməyə imkan verir. “Arbor Networks” şirkəti  DDoS hücumlarından mühafizə sahəsində liderdir. Bu cür hücumların səbəblərindən asılı olmayaraq, biz şirkət məlumatlarının xarici təsirlərdən qorunması kimi ən mühüm məsələni həll edirik. Avadanlıqlar üzərində hər hansı istehsalçı tərəfindən magistral şəbəkənin qurulmasından asılı olmayaraq, “Arbor” şirkətinin həll variantları DDoS hücumlarının yatırılması üzrə yüksək imkanlara / məhsuldarlığa və genişliyə malikdir.

Sərgidə iştirakımızın məqsədi artıq ölkədə uğur qazanmış “Arbor Networks” şirkətinin iş prinsipi və təklifləri barədə Azərbaycanlı həmkarları məlumatlandırmaqdır. Hazırda “Delta Telecom” şirkəti Azərbaycanda bizim ən iri sifarişçimizdir və istehsal etdiyimiz həll variantlarını Azərbaycan Respublikasının rəhbərliyinə təqdim edir. Bu, bizi çox sevindirir və bizim üçün böyük fəxrdir!

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  17/07/2019 18/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek