Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2014 14:27

Telekommunikasiya materiallarının təcrübəli təchizatçısı

Kərim Kərimov, “Sunshine Rising” şirkətinin satış üzrə meneceri

- Biz baş ofisi Honkonqda yerləşən “Sunshine Rising” şirkətini bazarda təmsil edirik. Şirkətimiz telekommunikasiya materiallarının kompleks təchizatçısı kimi, bütün dünyada İKT bazarının qlobal iştirakçısıdır. Şirkətin məhsulları Avropa və Asiya ölkələrinin bazarlarına çıxarılır və biz Rusiya, Qazaxıstan, Gürcüstan, Afrika ölkələri və başqa ölkələrdə də fəaliyyət göstəririk.

Yubiley “Bakutel”  sərgisində iştirak etməklə, biz bazarın yeni seqmentlərinə çıxmaq üçün müvafiq variantlar işləyib hazırlamaq və təhlil etməklə yanaşı, öz məhsullarımızı sərgi ziyarətçilərinə nümayiş etdirmək niyyətindəyik. Ekspozisiyamızda əsas etibarilə telekommunikasiya sistemlərinin quraşdırılması üçün nəzərdə tutulmuş montaj avadanlıqları  yer alır. Həmçinin, şirkətimiz bir müddət əvvəl optik kabellərin satışı ilə məşğul olmağa başlamışdır. Biz bazarın bu bölməsindəki iştirakımızı tədricən genişləndirmək niyyətindəyik.

Hazırda Azərbaycan bazarında bizim əsas müştərimiz avadanlıqların demək olar ki, bütün növləri ilə təchiz etdiyimiz “Azercell” şirkətidir. Belə ki, keyfiyyətinə və rəqabətədavamlı qiymətinə görə məhsullarımıza böyük tələbat var.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek