Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2014 16:51

“HUAWEI” məhsullarının üstünlükləri

Nurlan Əzimov, “HUAWEI TECHNOLOGIES AZERBAIJAN” şirkətinin baş direktor müavini

- Biz “Bakutel” sərgisində Azərbaycan istehlakçıları üçün telekommunikasiya avadanlıqlarının istehsalı üzrə dünya lideri – “HUAWEI” şirkətinin ən  son nailiyyətlərini nümayiş etdiririk. Bu gün “HUAWEI” şirkətinin məhsulları dünyanın yüzdən artıq ölkəsinin bazarlarında  satılmaqdadır. Bizim brendimizin avadanlıqları dünyanın ən böyük operatorlarının şəbəkələrində istifadə olunur və abonentlərin sayı bir milyardı keçib.

“HUAWEI” şirkəti telekommunikasiya üzrə kompleks həll variantları və məhsulların istehsalçısıdır. Şirkət “ağıllı” telefonlar və həmin telefonlarla mobil rabitə yaratmağa imkan verən telekommunikasiya avadanlıqları, məlumat şəbəkələri, konseptual və digər həll variantlarını istehsal edir.  Xüsusilə, “HUAWEI” şirkətinin məhsullarına “IMS”, “Mobile Softswitch” və “NGN” kimi simsiz və məlumat şəbəkələri üçün avadanlıqlar, şəbəkə qurğuları, proqram və cihaz təminatı, o cümlədən “UMTS / CDMA” kimi terminallar daxildir.

Biz sərgi çərçivəsində ziyarətçilərə öz məhsullarımızın üstünlükləri barədə ətraflı məlumat veririk.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek