Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2014 17:02

“Mac” seriyasından yeni avadanlıq

Yeqor Malyarov, “Infomir” şirkətində satış departamentinin əməkdaşı

- Bu, “Bakutel” sərgisində artıq bizim ikinci iştirakımızdır. Burada biz “Mac” seriyasının yeni avadanlığını fəal şəkildə müştərilərə nümayiş etdiririk. Bizim stendimizdə “Mac 254” və “Mac 260” kimi “Android” əsaslı yeni nəsil konsollar, o cümlədən “DVB-T” modullu “Mac 275” konsulu barədə məlumat verilir. Bununla yanaşı, biz hazırda ən məşhur olan “Mac 250” konsolunu da təklif edirik. Ötən il biz “Bakutel-2013” sərgisində “A10” tezliyinə əsaslanan konsolları təklif etmişdik, bu il isə biz “A00” tezliyinə əsaslanan konsolları təklif edirik. Burada biz sərgi auditoriyasına dünya bazarının müasir tələblərinə cavab verən öz hibrid həll variantlarımızı göstərmək istəyirik. Söhbət “IP TV”, “DVB-T”, “DVB-C” və “DVB-Т2” kimi hibrid texnologiyalardan gedir.

Həmçinin, biz sərgi ziyarətçilərinə və potensial müştərilərə kompleks həll variantlarını işləyib hazırlayan “Magic Solution” adlı məhsulumuz barədə məlumat veririk. Müştərilərimizə təqdim etdiyimiz və özündə aralıq proqram təminatını ehtiva edən bu texnologiya pulsuz həyata keçirilir.

Bununla yanaşı, biz sərgi çərçivəsində cari müştərilərimizlə ünsiyyət qurmaq və yeni müştərilər tapmaq niyyətindəyik. Bu gün biz inteqratorlarla bir neçə görüş keçirməyi planlaşdırmışıq. “Bakutel” sərgisi çox faydalıdır. Əslində, bu tematik tədbir bizim üçün çox maraqlıdır və biz “Bakutel” sərgisində gələn il də  iştirak etmək niyyətindəyik.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek