Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.12.2014 17:08

“STP” məhsullarının bol çeşidi

Elvin Aslanov, “STP” şirkətində mühəndis kommunikasiyalarının inteqrasiyası idarəsinin baş mühəndisi

- Sumqayıt Texnologiyalar Parkı (STP)  Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 22 dekabr 2009-cu il tarixində istismara verilib. Ölkədə analoqu olmayan bu zavod regionun yüksək texnologiyalı müəssisələrindən biridir. Müəssisədə istehsal edilən borular Azərbaycan Respublikasının Standartlaşdırma, Patent və Metrologiya üzrə Dövlət Komitəsi tərəfindən AZS sertifikatına layiq görülmüşdür.

Biz “Bakutel-2014” sərgisində “STP” zavodunun mühəndis kommunikasiyalarının inteqrasiyası s üzrə məhsullarımızı nümayiş etdiririk. Burada əsas etibarilə təhlükəsizliyin təminatı üzrə avadanlıqlar, müşahidə kameraları, yanğından mühafizə üzrə siqnalizasiya sistemləri, girişə nəzarət sistemləri, monitorlar, habelə səyyar və stasionar radio-stansiyalar nümayiş etdirilir. Texnologiyalar Parkı həm də stendimizdə nümayiş olunan müəyyən qrup məhsulların distribyutoru qismində də çıxış edir. Söhbət “Kenwood” radio-stansiyaları, “Zeta” yanğınsöndürmə sistemləri və digər məhsullardan gedir.

“Bakutel” sərgisi ildən-ilə daha yüksək səviyyədə və daha geniş miqyasda təşkil olunur. Ziyarətçilərin sayı daim artır və bu populyarlığın fonunda, şübhəsiz, bizim stendimizi ziyarət edənlərin sayı da  yüksəkdir.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek