Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2014 11:04

Rahat və keyfiyyətli rəqəmsal yayım

Zaur Əliyev, “ATV plus” layihəsinin satış üzrə meneceri

- Biz sərgidə müstəqil “Azad Azərbaycan” Teleradio Şirkətini, xüsusilə də, şirkətin kabelsiz yayım üzrə televiziya operatoru layihələrindən biri olan və öz fəaliyyətinə 2013-cü ilin sonlarında başlamış “ATV plus” layihəsini təqdim edirik. Buna görə də şirkətimiz bu sərgidə ilk dəfədir ki, iştirak edir.

Məhsulumuzun bir sıra üstünlükləri var və bu üstünlüklərdən biri onun kabelsiz olmasıdır. Belə ki, “ATV plus” layihəsinin abonentləri öz evlərinə kabel çəkmək əziyyətindən azaddırlar. Biz yayımı müvafiq keyfiyyətdə və rəqəmsal rejimdə təmin edirik.  Hazırda müştərilərimizə 96 yerli və xarici kanaldan ibarət standart paketi təklif edirik. Biz təxminən bir neçə gün sonra, yeni il ərəfəsində 156 kanaldan ibarət yeni paketi abonentlərin istifadəsinə verməyə hazırlaşırıq.

Bizim yayıma qoşulmaq üçün abonentlərə “ağıllı” (“smart”) kartı olan qəbuledicini və ya “CI” modulu əldə edərək öz evlərində quraşdırmaq kifayətdir.

“Bakutel” sərgisində ənənəvi olaraq bir çox yerli və xarici şirkət iştirak edir. Bütövlükdə, tədbir çox yüksək səviyyədə təşkil olunub və biz ümidvarıq ki, bu, şirkətimiz üçün müsbət nəticələrdə də öz əksini tapacaq.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek