Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2014 11:33

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilir

«Bakutel-2014» Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 2-də Bakıda «İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma» mövzusunda II Regional İnternet İdarəçilik Forumu (RİİF) işə başlayıb.

Forum BMT-nin İnkişaf Proqramı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə reallaşdırdığı «Azərbaycanda İKT infrastrukturunun və xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi» layihəsi çərçivəsində təşkil olunub. Tədbir BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamenti, qurumun İİF üzrə Cenevrə katibliyi, RYTN və Azərbaycan İnternet Forumunun birgə dəstəyi ilə keçirilir.

Qeyd edək ki,  ölkəmizdə «İnsan, iqtisadiyyat və sosial məsələlər üzrə davamlı inkişaf üçün internet idarəçiliyi» mövzusunda təşkil olunan VII İnternet İdarəçilik Forumundan sonra bu sahəyə maraq artıb.

BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin baş mütəxəssisi Vyaçeslav Çerkasov qeyd edib ki, hazırda bir sıra ölkələr internet idarəçiliyini təkmilləşdirmək üçün regional və milli forumlar təşkil edirlər. Bu forumlar internet idarəçiliyi ilə bağlı məsələləri yerli səviyyədə dərindən və daha effektiv araşdırmağa, əldə edilmiş nəticə və təklifləri qlobal İİF forumunda səsləndirməyə imkan verir.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili, Domen adlar və IP-adreslərin idarəedilməsi üzrə Korporasiyanın (İCANN) tərəfdaşlarla əlaqələr üzrə baş direktoru Patrik Cons Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki təşəbbüslərinin önəmindən danışıblar.

Forumda «Rəqəmli erada hökumətin transformasiyası: Açıq hökumət məlumatının Azərbaycanda yeni inkişafı və istiqamətləri», «Avrasiya və Azərbaycan regionunda elektron-təhsil imkanlarının yaradılması», «İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması» və bu kimi digər mövzular müzakirə olunacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek