Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2014 16:05

Rabitə obyektlərinin tikintisi

Rəşid Hümbətov, “Veqacell” şirkətinin meneceri

– Biz Bakutel 2014 sərgisində Azərbaycanın “Veqacell” şirkətini təmsil edirik. Şirkətimiz bu brend altında artıq 5 ildir ki, fəaliyyət göstərir və əsas etibarilə rabitə obyektlərinin tikintisi ilə məşğuldur. Bununla yanaşı, biz bazarda müxtəlif rabitə obyektlərinin tikintisində istifadə olunan rabitə vasitələrini də təklif edirik. “Veqacell” şirkəti ölkənin regionlarında fəaliyyət göstərir və Azərbaycanın aparıcı şirkətlərini zəruri materiallarla təmin etməklə, həmin şirkətlərlə birgə layihələrdə iştirak edir.

Biz öz stendimizdə təklif etdiyimiz xidmətlər, obyekt tikintisinin gedişatı, o cümlədən tikinti prosesində istifadə olunan materiallar barədə məlumatlar yerləşdirmişik. Sərgi lazımı səviyyədə təşkil olunub və şirkətlər üçün münasibətlərin genişləndirilməsi və tərəfdaşlıq əlaqələrinin qurulması baxımından böyük imkanlar yaradır. Bu əlaqələr gələcəkdə real layihələrlə nəticələnə bilər. Bundan başqa, bu yubiley tədbir digər ölkələrin bu sahə üzrə gördüyü işlər və əldə etdiyi nailiyyətlərlə tanış olmağa imkan verir.

Ümumiyyətlə, biz bu sərgidə öz ekspozisiyamızla çıxış edərək digər şirkətlərlə olan əlaqələrimizi genişləndirmək istəyirik, üstəlik, biz uzun illərdir ki, telekommunikasiya bazarında əlamətdar hadisə olan “Bakutel” sərgisində iştirak edirik.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek