Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.12.2014 11:17

Biz İKT üzrə avadanlıq və proqram məhsulları təklif edirik

Sadiq Həbibullayev, “ProSys” şirkətinin texniki direktoru

- Biz “Bakutel” sərgisində öz fəaliyyətinə 2010-cu ilin mart ayında başlamış “ProSys” şirkətini təmsil edirik. Sözügedən şirkət avadanlıq və proqram məhsulları təklif etməklə, informasiya - kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmışdır.

Müştəriləri öz həll variantlarımızın səmərəli işi xüsusunda əmin etmək üçün biz proqram məhsullarımızı vizual şəkildə nümayiş etdiririk. “ProSys” şirkəti bazarda böyük tələbat doğuran həll variantlarını, eləcə də müxtəlif proqram məhsullarını təklif edir. Xüsusilə, söhbət elektron sənəd dövriyyəsi, elektron tədarük, insan resurslarının elektron qaydada idarə edilməsi, satış menecmenti və başqa sahələr üzrə proqram təminatından gedir.

Bununla yanaşı, biz öz stendimizdə distribyutoru olduğumuz tərəfdaşımızın məhsullarını da təqdim edirik. Bu “HİD” şirkətinin ən son texnologiyalar əsasında layihələndirilmiş kart printerləridir. Bu avadanlıq vasitəsi ilə xidməti vəsiqələr, şəxsiyyət vəsiqələri və digər sənədləri çap etmək mümkündür.

Yubiley “Bakutel” sərgisi çox yaxşı təşkil olunub. Bu tədbir çərçivəsində keçirilmiş görüşlərin yekunlarına əsasən deyə bilərəm ki, artıq sərgidəki fəaliyyətimizin müsbət nəticələri var.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek