Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.12.2014 17:05

Bakutel 2014 - İKT sahəsi üzrə dünya brendlərindən ən yaxşı layihə və innovasiyaların təqdimatı üçün platforma

Bu gün 20-ci yubiley Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel-2004”) sərgi və konfransının sonuncu iş günüdür. Dünyanın 23 ölkəsindən 250-dən artıq şirkət öz ən yaxşı iş, layihə və xidmətlərini təqdim etdilər. Ümumilikdə isə ötən 20 il ərzində sərgi dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət və yüz mindən artıq ziyarətçi qəbul edib.

Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbirin yüksək statusunu bir daha sübut edir. Ənənəvi olaraq bu il də yubiley sərgi üzrə VİP-tura rəhbərlik edən ölkə başçısı əmin olduğunu bildirdi ki, iştirakçıların sərgi və konfrans çərçivəsində apardıqları səmərəli müzakirələr qarşılıqlı əlaqələrin gələcəkdə daha da dərinləşməsinə böyük töhfə verir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin “Bakutel-2014” sərgisinin iştirakçılarına etdiyi müraciətdə qeyd edilir ki, bu ənənəvi tədbir qabaqcıl texnoloji nailiyyət və yeniliklərin təqdim edildiyi, biznes əlaqələrinin qurulduğu və təcrübə mübadiləsinin aparıldığı, o cümlədən ölkəmizlə yaxından tanış olmağa imkan yaradan platformadır. Bir sıra nüfuzlu qonaq və iştirakçının fikrincə, sərgi Cənubi Qafqaz regionu üçün əlamətdar hadisə olmaqla yanaşı, həm də dünya bazarının aparıcı iştirakçılarının işgüzar marağına səbəb olmuşdur. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın peyk operatoru - “Azərkosmos” MMC ilə Fransanın “Airbus Defence and Space” şirkəti arasında müqavilə imzalandı. Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dr. Hamadun Ture isə “Bakutel” sərgisinin təşkilatçılarını yubiley münasibətilə təbrik etdi və İKT sahəsinin inkişafı üzrə gördükləri böyük işə görə təşəkkürünü bildirdi.

Azərbaycan, Türkiyə, Rusiya, İran, İsrail və Macarıstanın sənaye nazirləri, habelə İKT sahəsi üzrə  məşhur mütəxəssis, rəhbər şəxs və investorlar konfransdakı çıxışlarında və jurnalistlərə verdikləri müsahibələrdə öz bayram salamlarını və təbriklərini ifadə etdilər.

Azərbaycanın, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) milli pavilyonları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının  (İTU) stendi ilə yanaşı, Azərbaycanda gələn il keçiriləcək Avropa Oyunlarına ölkəmizin hazırlığını əks etdirən “Bakı-2015” stendi sərgiyə olan marağı daha da artırır. Bu il bu əlamətdar tədbirdə Böyük Britaniya, İsrail, İtaliya Kanada, Rusiya, Türkiyə, Estoniya və  bir sıra digər ölkələrin zəngin ekspozisiyasını nümayiş olunur. Bu ölkələr telekommunikasiya və şəbəkələr, simsiz peyk rabitə və texnologiyası, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyalarını təqdim edir. “Bakutel” sərgisində ilk dəfə olaraq Avstriya, Macarıstan, Fransa, Kanada, Litva və digər ölkələr öz milli ekspozisiyaları ilə  iştirak edirlər.

Bir çox xarici iştirakçının qeyd etdiyi kimi, təşkilatçıların əməyi və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi sayəsində “Bakutel” sərgisi ölkənin İKT üzrə potensialının öyrənmək arzusunda olan xarici şirkətlər üçün biznes platformasına çevrildi. Eyni zamanda, sərgi yerli iştirakçılara öz yeniliklərini nümayiş etdirmək və dünyanın hər tərəfindən gəlmiş həmkar və tərəfdaşları ilə əlaqələr qurmaq və möhkəmləndirmək imkanı verir.

Bu möhtəşəm tədbirin minlərlə ziyarətçi və iştirakçısı sərgini hələ uzun müddət xatırlayacaq. İKT sahəsi üzrə ən parlaq tədbirlərdən biri kimi, sərgi bir çox ölkənin dövlət strukturlarının diqqətini cəlb etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, xüsusilə də böyük beynəlxalq layihələri, investisiyaları və gələcək ideyaları öz ətrafına cəlb etmiş İKT sahəsinin müasir səviyyəsinin ən yaxşı və inandırıcı sübutuna çevrildi.

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli strategiya” dövlətimizin bu sahə üzrə siyasətinin ardıcıl xarakter daşıdığına bariz sübutdur.

Tədbirin geniş yubiley proqramı ziyarətçilərin böyük əksəriyyətində dərin təəssürat doğurmaqla yanaşı, İKT sənayesinin peşəkarları və yeni fəaliyyətə başlayanlar üçün əsil sürpriz oldu. Burada demək olar ki, bütün dünya bazarı məşhur şirkətlərin ən yaxşı brend ekspozisiyaları ilə təmsil olunur.

Sərgi iştirakçılarının demək olar ki yarısı öz təqdimatları ilə çıxış edərək, ziyarətçilərə Azərbaycan dilində universal platforma, Azərbaycanda ilk “ERP” sistemi, LED video-divarlar, avtomobilin izlənilməsi və avto-parkın idarə edilməsi üzrə ən yeni GPS sistemləri, “Mobil pul kisəsi” adlanan həll variantı, unikal “Epson Moverio” eynəkləri, innovasiyalı “Oculus Rift” virtual reallıq dəbilqəsi və s. bu kimi məhsulları nümayiş etdirdilər. Sərginin yeni layihəsi olan “Smart Zone” isə gənc mütəxəssislərə öz ixtira, proqram və xidmətləri barədə danışmaq imkanı verdi.

İKT sahəsi üzrə ən iri ixtisaslaşmış tədbir olan “Bakutel” sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian”, “ITE Group Plc” və “Caspian Event Organisers”" (СЕО) şirkətləri çıxış edirlər.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek