Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.12.2014 09:23

“Mobil pul kisəsi” üzrə müasir həll variantları

Maykl Hollomon, institusional menecer

“Smartlink” şirkəti ödəniş və digər xidmətlərin həyata keçirilməsi üçün mobil telefon və digər qurğulardan istifadə edilməsini nəzərdə tutan “mobil pul kisəsi” adlı həll variantının provayderidir. Biz ilk dəfədir ki, beynəlxalq “Bakutel” sərgisində iştirak edirik və artıq bir sıra Azərbaycan bankı və İKT  şirkəti ilə əlaqələrimiz var. Biz Azərbaycanda yeni tərəfdaşlar tapmaq niyyətindəyik. Onu da qeyd edim ki, “Smartlink SA” şirkətinin “mobil pul kisəsi” adlı həll variantı əla mühafizə olunan və bütün mobil cihazlarla, habelə GPRS / 3G şəbəkələri ilə işləyən bir mobil ödəmə platforması (MTP - Mobile Transaction Platform) vasitəsi ilə ödənişləri həyata keçirməyə imkanı verir. Şirkətimizin tam kompleksləşdirilmiş platforması istənilən banka, ödəmə və kredit kartı emitentinə, müxtəlif xidmət aqreqatorlarına, habelə bilavasitə satıcıların server sisteminə qoşularaq müştərilərə öz mobil cihazları vasitəsi ilə müxtəlif maliyyə və qeyri-maliyyə əməliyyatları aparmaq imkanını təklif edir. Biz əmin olduq ki, Yubiley Beynəlxalq “Bakutel-2014” sərgisi bizim şirkət üçün Azərbaycandakı hədəf auditoriyaya birbaşa müraciət etmək baxımından ideal imkandır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek