Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.12.2014 12:13

Azərbaycan dünyada orbitə çıxarılmış Yer səthinin müşahidə peykinin olduğu 20-ci ölkədir

Digər bir məsələ, bu il keçirilən Bakutel- 2014 sərgisi çərçivəsində Fransa ilə kosmik sahədə əməkdaşlıq çərçivəsində “Azərkosmos”la Fransanın şirkətləri arasında 3 ay öncə orbitə çıxarılmış Yer səthinin müşahidə peykinin Azərbaycan tərəfinə verilməsi ilə bağlı müqavilə imzalanıb.

Rabitə və Yüksək Texnologiyalar naziri,akademik Əli Abbasov Azərbaycan alimlərinin I qurultayında çıxışı zamanı belə bir məqamı vurğulayıb ki, “Azərbaycanda mühəndis elmləri və texnoloji inkişafda gerilik müşayiət olunur”.

Nazirin sözlərinə görə, Azərbaycana gətirilən yüksək texnologiyalar xarici şirkətlərin inhisarındadır:

“Etiraf etməliyik ki, bu gün ölkə iqtisadiyyatında tətbiq olunan yüksək texnologiyalar xaricdən gətirilir. Yüksək texnoloji və elmi tutumlu məhsulların ixracı bütün MDB ölkələrində olduğu kimi, ölkəmizdə də yüksək deyildir. Məsələn, bu məhsulların ümumi sənaye məhsullarının ixracındakı payı Sinqapurda 45%, Çində 26% (505.6 milyard),  Fransada 25% (108.4 milyard), Böyük Britaniya 22% (67.8 milyard), Amerikada 18%  (146.7 milyard) olduğu halda, MDB ölkələrindən Rusiyada 8% (7.1 milyard), Ukraynada 6% (2.6 milyard) təşkil edir. Azərbaycanda bu rəqəm cəmi 41.5 milyon (6%) dollardır”.

Hazırda ölkədə mühəndis elmləri və texnoloji inkişafda irəliləyişlərin olduğunu deyən Ə.Abbasovun fikrincə, əsas problem elmi nəticələrin kommersiyalaşdırılmamasıdır: “Bu gün bütün MDB ölkələrində olduğu kimi, Azərbaycanda da mühəndis elmləri və texnoloji inkişafda dinamizm olsa da, inkişaf etmiş ölkələrlə müqayisədə gerilik müşahidə olunur.  Hələ keçmiş SSRİ vaxtında da və əsasən indi bizim ölkədə ən böyük problem elmi nəticələrin kommersiyalaşdırılmamasıdır. Belə bir misal çəkim. Əla növ pambıq istehsal edilib bazarda cəmi 1 dollara satılır, sonra isə bu pambıqdan Avropanın məşhur şirkətləri “Armani” və ya “Pyer Karden” köynək istehsal edib 80-100 dollara satır”.

Nazirin sözlərinə görə, Azərbaycan dünyada orbitə çıxarılmış Yer səthinin müşahidə peykinin olduğu 20-ci ölkədir: “Digər bir məsələ, bu il keçirilən Bakutel- 2014 sərgisi çərçivəsində Fransa ilə kosmik sahədə əməkdaşlıq çərçivəsində “Azərkosmos”la Fransanın  şirkətləri arasında 3 ay öncə orbitə çıxarılmış Yer səthinin müşahidə peykinin Azərbaycan tərəfinə verilməsi ilə bağlı müqavilə imzalanıb. Azərbaycan 20-ci ölkədir ki, bu növ peyki orbitə çıxarır. Azərbaycanın yeni peyki “Azersky” adlanır. Bu da alim  və mütəxəssislərimiz üçün yeni imkanlar açır. Müşahidə peykindən alınan məlumat kənd təsərrüfatı, ekologiya, təhlükəsizlik sahələrində olan elmi problemlərin həllində geniş istifadə olunacaqdır”.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek