Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.12.2014 10:45

Nazir prezidenti təbrik etdi

Azərbaycan Respublikası Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov 53 yaşının tamam olması münasibətilə prezident İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

Möhtərəm cənab Prezident!
Sizi ad gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə rabitə və yüksək texnologiyalar sahəsi işçiləri adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Ulu öndərimiz Heydər Əliyevin bəşəri ideyalarının çiçəklənməsi naminə həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətiniz nəticəsində ölkəmiz davamlı tərəqqi və yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dinamik inkişaf, iqtisadi-siyasi modernləşmə ölkəmizin beynəlxalq aləmdə rolunu və nüfuzunu durmadan artırır və möhkəmləndirir. Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən işlərin müsbət nəticələri bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sektorunda da özünü büruzə verir.
Sizin rabitə və yüksək texnologiyalar sahəsinin inkişаfı üzrə qəbul etdiyiniz qərarlar, imzaladığınız sərəncam və fərmanlar bu sahənin uğurlarını daha da artırmışdır. Azərbaycanda İKT-nin tətbiqinin prioritet məsələ elan olunması, regionların sosial-iqtisadi inkişafının tərkib hissəsi olaraq şəhərlə kənd arasında rəqəmsal fərqin aradan qaldırılması, telekommunikasiya infrastrukturunun genişləndirilməsi, respublika ərazisinin tam telefonlaşdırılması, müasir mobil texnologiyaların və naqilsiz rabitənin inkişafı, rəqəmsal televiziya və radio yayımının tətbiqi, kosmik və milli nüvə tədqiqatları sənayesinin yaradılması kimi tarixi qərar və tapşırıqlarınız bu uğurların əsasını təşkil edir. İKT-nin inkişafı üzrə görülən işlər çərçivəsində ölkəmizdə bir neçə əhəmiyyətli beynəlxalq konfrans və forumlar da keçirilmişdir. Sizin himayənizlə Azərbaycanda hər il uğurla təşkil olunan və beynəlxalq arenada yüksək qiymətləndirilən XX “Bakutel” sərgi-konfransı da artıq uzun illərdir ki, regionun ən nüfuzlu beynəlxalq tədbirlərindən birinə çevrilmişdir. Bütün bunların fonunda, Azərbaycanın bir çox ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daha da genişləndirilmişdir.

Möhtərəm cənab Prezident!
Rabitə və yüksək texnologiyalar sahəsi işçiləri adından Sizi əmin edirik ki, Azərbaycan dövlətinin hərtərəfli inkişafı, vətəndaşlarımızın firavan həyatı və ölkəmizin dünya birliyində layiqli yer tutması üçün bundan sonra da üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik.
Ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə rabitəçilərin təbriklərini qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm.
Qoy hər gününüz uğurlu anlarla, hər ayınız xoş sədalarla, hər iliniz xoş əhval-ruhiyyə ilə başlasın. Böyük ailəniz olan Azərbaycan xalqı isə həmişə bundan qürur duysun.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek