Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

16.01.2015 14:14

Azərbaycanda texniki tərəqqinin təməli qoyulub

2014-cü ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əhəmiyyətli hadisələr baş verdi. Bu hadisələr ölkənin texniki inkişafına yardım etdi və yaxın gələcəkdə bir sıra perspektivli layihələrin reallaşması üçün əsas oldu.

İKT-nin inkişafı üzrə dövlət strategiyasının həyata keçirilməsi üçün yeni dövlət proqramının qəbulu, Yüksək Texnologiyalar Parkının təməlinin qoyulması, elektron ticarətin, elektron xidmətlərin inkişafı və s. həmin hadisələr arasındadır. Yuxarıda sadalananların hamısı yaxın gələcəyin perspektividir. Lakin 2014-cü ildə baş verən hadisələrdən danışsaq, o zaman aşağıdakıları qeyd etmək olar.

MNP xidmətinin açılması

İKT sahəsində ilin ilk mühüm hadisəsi kimi fevralın 1-də mobil nömrələrin daşınması (MNP) xidmətinin tətbiqini qeyd etmək olar. Bu xidmət abonentlərə operatoru dəyişdiyi halda öz telefon nömrəsini saxlamağa imkan verir. Xidmət operatora ayrılmış prefikslə ("050", "051", "055", "070" и "077") birlikdə abunə nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Güman edildiyi kimi, xidmət abunəçilərdə gözlənilən maraq doğurmadı və bu ondan irəli gəlir ki, onların əksəriyyəti artıq ölkənin iki və ya üç mobil rabitə operatorunun abunəçisidir. İlin sonuna olan vəziyyətə görə (MNP xidmətinin açıldığı andan) daşınan nömrələrin sayı 10 mini ötüb. MNP-nin işə salınmasından sonra mobil operatorların hədəf aldıqları müştərilərin əsas kateqoriyası korporativ müştərilərdir. Və istifadəçilər uğrunda mübarizə əsasən bu seqmentdə başladı.

Yeni nazirliyin yaranması

İlin ikinci əhəmiyyətli hadisəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əvəz edilməsi oldu. Yeni nazirlik Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq qüvvədə olan nazirlik əsasında yaradıldı. Dövlət başçısının sərəncamı ilə yeni nazirliyin rəhbəri fəaliyyətdə olan nazir Əli Abbasov təyin edildi.

Nazirliyin adının dəyişdirilməsi onun fəaliyyət sferasının genişləndirilməsini, yəni yüksək texnologiyalar sahəsinin kuratorluq etməsini göstərir. Nümunə olaraq, nüvə texnologiyalarının dinc məqsədlərlə tətbiqi üçün nazirlik yanında "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması oldu.

QSC-nin gələcək planlarına uyğun olaraq, ölkədə tədqiqat və tədris əhəmiyyətli reaktorların tikintisi nəzərdə tutulur. Tədqiqat reaktorunun planlaşdırılan gücü 20 meqavat, tədris reaktorunun isə iki kilovat olacaq.

"Start-up" layihələrin maliyyələşdirilməsi

2014-cü ildə Rabitə Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant maliyyələşməsinin verilməsi məqsədi ilə keçirdiyi "start-up" layihələrin ilk müsabiqəsi üzrə sahibkarlarla 31 "start-up" layihənin maliyyələşdirilməsi haqqında müqavilə imzaladı. Layihələr fondun Müşahidə Şurasının meyarları üzrə təsdiq edilmiş ekspert qrupu tərəfindən qiymətləndirilib.

Layihələr innovasiya texnologiyalarının və infrastrukturun inkişafı, həmçinin onların kommersiyalaşması, müasir texnologiyalar əsasında məlumat şəbəkələrinin yaradılması, İT xidmətlərin və internet xidmətlərinin genişləndirilməsini əhatə edir.

2014-cü ildə "start-up" layihələrin maliyyələşdirilməsinin həcmi 1,46 milyon manat təşkil etdi. İnnovasiya layihələrinin inkişafına yönəldilmiş ümumi məbləğdən 560 min manat qrant maliyyələşmə şəklində ayrılmışdı. Qalan 900 min manat iki layihənin kredit maliyyələşməsi şəklində ayrılmışdı.

Optik-lif kabel istehsalı

İlin sonuna Sumqayıt Texnologiyalar Parkı (STP) fiber-optik kabel istehsalına başladı. STP əsasında optik kabel istehsalının genişləndirilməsi daxili bazarın ehtiyaclarını tamamilə təmin etməyə imkan verəcək və bu məhsulu sifarişçilər üçün daha əlçatan etmək heç də az əhəmiyyətli deyil.

Hazırda STP artıq Azərbaycanın rabitə operatorları ilə optik rabitə xətlərinin genişləndirilməsi üçün göstərilən məhsulun onlara çatdırılmasını nəzərdə tutan əməkdaşlıq üzrə danışıqlar aparır. Yerli məhsul sifarişçilərə xarici analoqlardan təxminən 30 faiz daha ucuz başa gələcək.

Optik kabelin, onun başqa növlərinin istehsalı üçün Avropa texnologiyaları və avadanlıqları tətbiq edilir. Sumqayıt sənaye zonası ölkədə bu məhsulun tək istehsalçısıdır.

Azərbaycan ən yaxın illərdə genişzolaqlı infrastrukturun inkişafı üzrə böyük planlara malikdir. Reallaşdırılmasına 2015-ci ildə başlanacaq genişzolaqlı internetin inkişafı layihəsi bu sahədə ən böyüyüdür.

Peyk rabitəsi

Dekabrda "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olacaq "SPOT 7" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthini məsafədən müşahidə peyki ASC-yə təhvil verilib.

İki tərəf arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos"a məxsus "Azersky" və "Airbus Defence and Space" şirkətinə məxsus "SPOT 6" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthini məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq.

"Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.

2015-ci ilin noyabrında, həmçinin Azərbaycana başqa peyklər tərəfindən çəkilmiş şəkillərdən istifadə etməyə icazə verəcək aşağı orbitli idarəetmə sisteminin istismara verilməsi nəzərdə tutulur.

Tier3 səviyyəli DATA-mərkəzin tikintisi

İlin sonunda Azərbaycanda Tier3 səviyyəli DATA-mərkəzin tikintisinə başlandığı məlum olub. Tier3 səviyyəli məlumatların emalı mərkəzləri sistemin istənilən qovşağının sıradan çıxması zamanı sabit işi davam etdirir və 99,985 faiz istifadə mümkünlüyü göstəricisinə malikdir.

Məlumatların işlənməsi mərkəzinin binası min kvadratmetr ərazidə tikilir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek