Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

16.01.2015 14:19

Azərbaycan internetin inkişafı üzrə yeni maliyyələşdirmə mənbələrini nəzərdən keçirir

Respublikanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsi üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi imkanlarına baxır. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavini deyib: "Əgər əvvəl layihənin maliyyələşdirilməsinin yeganə mənbəyi kimi Dövlət Neft Fondunun vəsaitləri nəzərdə tutulurdusa, hazırda nazirlik layihənin reallaşdırmasına başqa resursların cəlb edilməsinə yönəlib”.

Onun sözlərinə görə, söhbət müxtəlif strukturlardan kreditlərin cəlb edilməsindən gedir. Həmin kreditlərin hesabına bu layihə maliyyələşdiriləcək: "Layihə ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir və onun iqtisadi məqsədəuyğunluğu ilə əlaqədar digər mənbələrdən maliyyə resurslarının cəlb edilməsi ilə bağlı problem görünmür. Bu layihə uğurla reallaşdırılacaq".

Nazir müavini deyib ki, hazırda layihənin son dəyəri müəyyən edilməyib, çünki ona münasibət bir qədər dəyişib.

Əvvəllər layihənin ümumi dəyəri 450 milyon manat idi. Layihə 2014-2016-cı illəri əhatə edir.

Keçən il bu layihənin reallaşdırılmasıma Dövlət Neft Fondundan 100 milyon manat vəsaitin ayrılması planlaşdırılırdı.

Nazirliyin planlarına əsasən, 2017-ci ilə qədər Azərbaycanın bütün yaşayış məntəqələri internet şəbəkəsinə yüksək sürətli girişlə təmin ediləcək.

Layihənin reallaşdırılması genişzolaqlı qoşulmaların sayının 60 faiz artmasına imkan yaradır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek