Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

14.01.2015 15:38

Azərbaycanın İKT bazarında yeni ad – SOTEQA

Bakutel2014-də təmsil olunmaqla rəsmi olaraq bazara çıxan SOTEQA, Azərbaycanda proqram təminatının testi xidmətlərini təqdim edən ilk şirkəti kimi təsis edilmişdir. İnformasiya  Texnologiyalarının inkişaf etdiyi bir dövrdə proqramlaşdırmanın rolunun nə qədər böyük olduğu hamıya məlumdur. Hər bir sahədə keyfiyyət önəmli ölçü meyarı olduğu kimi, yazılmış proqram təminatının keyfiyyəti də çox vacibdir. Çünki bu birbaşa istehsalatçı şirkətin etibarlığına və onun bazardakı mövqeyinə təsir göstərir. Tətbiqi proqram təminatının keyfiyyətini isə onun test edilməsi, yəni, Software Testing ortaya qoyur. Dünya təcrübəsində Software Testing çox önəmli  olsa da, Azərbaycanda bu ənənə formalaşmayıb. Lakin ölkəmizdə düzgün yoxlanılmadan və testdən keçmədən proqramların istehsalata tətbiqinin yüzlərlə acı nəticəsini bəlkədə çoxlarımız bilmirik. Dünyada isə Software Testing proqram təminatı layihələrinin ortaq və hətta məcburi fəaliyyətinə çevrilmişdir. Məhz milli İKT bazarının tələbatını ödəməyə və yerli şirkətlərə dəstək olmaq üçün təsis edilmiş SOTEQA, proqram təminatının testlərinin idarə edilməsində və bununla da yüksək keyfiyyətli proqram təminatının istehsalında onlara dayaq durmağı qarşısına məqsəd qoymuşdur. SOTEQA dünyada Software Testing sahəsində trend olan son yeniliklərlə test xidmətləri təqdim edir. Şirkətin əməkdaşları ölkədən kənarda Software Testing təhsili almış ISTQB sertifikatlı testerlərdir və ölkənin ən yaxşı test mütəxəssisləridir. Təqdim edilən xidmətlər aşağıdakılardır:

  • Funksional Testlər
  • Qrafik İstifadəçi İnterfeysi (Qİİ) üçün Avtomatlaşdırılmış Testlər
  • Təkmilləşdirilmiş Avtomatlaşdırma Testləri
  • Performans Testləri
  • Software Testing Tədrisləri


SOTEQA həmçinin yerli şirkətlərə cari test metodologiyalarını qiymətləndirmək və onları təkmilləşdirmək üçün konsultasiya xidmətləri də təklif edir. Bundan əlavə SOTEQA-nın rəsmi internet saytında BLOQ bölümü də vardır ki, həm şirkətin fəaliyyəti və həm də Software Testing ilə maraqlananlar mütəmadi olaraq yenilənən maraqlı məlumatlardan yararlana və suallarını ünvanlaya bilərlər. Həmçinin Software Testing həvəskarları üçün www.facebook.com/soteqa facebook səhifəsi  və SOTEQA şirkətinin tanıtım videosu də maraqlı olacaqdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek