Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

26.01.2015 11:00

Azərbaycanda genişzolaqlı internetin inkişafına yatırılan vəsait

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin reallaşdırılması üçün 13,7 milyon avro məbləğində kredit vəsaiti cəlb edilib. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi tərəfindən hazırlanıb: "Cəlb edilmiş investisiyaların hesabına operatorun telekommunikasiya qovşaqlarının nömrə tutumu 45 min vahid artırılacaq. Bundan başqa, respublikanın 47 şəhər və rayonunda genişzolaqlı internet portlarının sayı 100 min vahid artırılacaq".

Avadanlığın istismara verilməsi üçün 63 kabel-kanalizasiya sisteminin tikintisi nəzərdə tutulub, 245 kilometr uzunluğunda optik rabitə xəttinin çəkilməsi həyata keçirilib, həmçinin 35 min cüt abunə şəbəkəsi istifadəyə verilib.

Hazırda "Aztelekom"un xidmət zonasında hər 100 ailəyə 20,6, hər 100 abonentə isə 34,6 genişzolaqlı internet istifadəçisi düşür.

2014-cü ilin əvvəli ilə müqayisədə "Aztelekom" şəbəkəsi üzrə genişzolaqlı qoşulmaların sayı 54 mindən çox (29,8 faiz) artıb və 238 minə çatıb.

İstehsalat Birliyi üzrə internet istifadəçilərin abonent bazası 2014-cü ildə 40,3 faiz (42 min) artaraq 146 minə çatıb.

2014-cü ildə "Aztelekom" İB-nin gəlirləri 2013-cü illə müqayisədə 16,5 faiz artıb. Operator tərəfindən dövlət büdcəsinə 22 milyon manatdan artıq vəsait köçürülüb, təxminən bu qədər də investisiya layihələrinə xərclənib.

2014-cü ilin yekunları üzrə İB tərəfindən 23 yeni ATS istismara verilib, 800 kilometrdən artıq optik rabitə xətti çəkilib. Yanvarın birinə olan vəziyyətə görə, operatorun 1298 kənd telefon stansiyalarının 90 faizi optik rabitə xəttinə qoşulub. Yerdə qalan stansiyaların 2015-ci ildə qoşulması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek