Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.02.2015 16:03

Dünyanın İT şirkətləri Azərbaycanda birgə istehsal yarada bilərlər

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkının və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işinin əlaqələndirilməsi üzrə şöbə yaradılacaq. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, 2020-ci ilədək nazirliyin qarşısına qoyulan əsas vəzifələrdən biri Azərbaycanın yüksək texnologiyalı məhsul və xidmətlərin istehsalçısı və ixracatçısı olan ölkəyə çevrilməsidir: "Вu istiqamətdə həyata keçirilən bütün perspektivli texnoloji və innovasiya tutumlu layihələr dövlətin lazımi maliyyə dəstəyi ilə təmin olunacaq".

Hazırda dünyanın tanınmış İT şirkətləri ilə bu prosesdə Azərbaycanda yerli şirkətlərin iştirakı ilə onların məhsullarının istehsalının təşkili imkanları barədə danışıqlar aparılır.

Mənbə deyib: "Azərbaycan bazarı kiçikdir və bu sahədə uğur əldə olunması üçün xarici bazarlar üzrə ekspansiya vacibdir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü kadr potensialı, əlverişli biznes mühiti və özəl sektorun maliyyə mənbələrindən istifadəsinin sadələşdirilməsi üçün imkanlar yaratmaq lazımdır”.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek