Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.02.2015 16:17

"Azerspace-1" peykinin proqnozlaşdırılan ömrü artırılıb

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki "Azerspace-1" orbitə buraxılmasının 2 illiyini qeyd edir.

Trend xəbər verir ki, 8 fevral 2013-cü il tarixində Prezident İlham Əliyevin ölkəmizdə kosmik sənayenin yaradılması və inkişafına göstərdiyi xüsusi qayğı sayəsində Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb.

Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildiyi gündən etibarən fəaliyyət göstərdiyi dövr ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir.

Qısa fəaliyyət dövrü ərzində "Azerspace-1" peyki kifayət qədər güclü rəqiblərin olduğu peyk yayım bazarında rəqabətədavamlı xidmət göstərir. Azerspace-1 peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, “Azərkosmos” ASC-nin operativliyi və müştəri məmnuniyyətisiyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek