Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.02.2015 14:42

Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) informasiya təhlükəsizliyi sahəsində altı onlayn xidməti işə salmağa hazırlaşır. Bu barədə Trend-ə CERT-dən bildirilib.

Xidmətlərdən cert.gov.az səhifəsində istifadə etmək mümkün olacaq. Hazırda CERT-in təqdim etdiyi bir sıra xidmətlər aktivdir, qalanları isə yaxın vaxtlarda istifadəyə veriləcək.

Mərkəz tərəfindən "Şifrə generatoru", "Şifrə təhlükəsizliyi", "Mənim IP ünvanım", "Yoluxmuş IP", "Malware Lab" və "Virtual sınaq (CTF)" kimi xidmətlərin buraxılışı nəzərdə tutulur.

Şifrə generatorunun köməkliyi ilə seçilən şifrə uzunluğuna və şifrə tərkibinə görə (rəqəm, hərf, simvol, qarışıq) müxtəlif şifrə kombinasiyalarını onların təhlükəsizlik səviyyəsini ölçməklə yaratmaq və istifadə etmək mümkündür.

CERT-in "Мəmin IP ünvanım" xidməti şəxsi IP ünvan haqqında məlumat əldə etməyə, "Yoluxmuş IP" isə onu yoluxmuş IP ünvanların məlumat bazasında yoxlamağa imkan verir. Göstərilən xidmətlərdən yalnız Azərbaycandakı istifadəçilər faydalana bilərlər.

Bundan başqa, CERT "Malware Lab" xidmətini tətbiq edəcək ki, bu, özündə bir sıra xidmətləri cəmləyəcək proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Belə ki, xidmətin bir hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətləri ilə təmin olunmuş proqram təminatinı istifadəyə vermək olacaqsa, digər xidmət isə sadə istifadəçilər üçün nəzərdə tutulmuş və istifadəçilərin şübhələndikləri faylların, o cümlədən kompüterin kənar qoşulmalarının yoxlanmasını, həmçinin şübhəli faylları analiz üçün KİMM Malware Lab-a göndərə biləcəkləri proqram təminatından ibarət olacaq.

"Virtual sınaq" xidməti isə informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmaya və biliklərin artırılmasına yönəlib. Sınaq zamanı yüksək bal toplayan iştirakçılar təcrübə keçmək və daimi iş əldə etmək üçün CERT-ə müraciət edə bilərlər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek