Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.02.2015 14:45

Azərbaycan və İsrail kibertəhlükəsizlik məsələlərini müzakirə ediblər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İsrail Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz və İsrailin dövlət qurumunda kibertexnologiyalar və kompüter proqramları departamentinin rəhbəri İris Zur Barquri ilə görüş keçirilib.

Trend nazirliyə istinadən məlumat verir ki, rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İsrail münasibətlərinin bütün sahələrdə, o cümlədən İKT sahəsində hazırkı səviyyəsinin razılıq doğurduğu, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsaslanaraq davam etdirilən əlaqələrin çox yüksək səviyyədə inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Tərəflərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə müvəffəq olduqlarını nəzərə çatdıran İsrail Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri R.Harpaz da bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini qeyd edib. Xanım İris Zur Barquri isə İsrail təhsilində tətbiq edilən kiber və kompüter proqramlarından söz açaraq, bu sahədə qazandıqları uğurlu təcrübələri Azərbaycanla bölüşməyə hazır olduqlarını söyləyib.

Görüşdə kibertəhlükəsizlik məsələsinin aktuallığı nəzərə alınaraq, bu sahənin gələcək əməkdaşlıq istiqamətlərində yer almasının zəruriliyi bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek