Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

14.03.2015 14:59

Rusiya TASİM layihəsini müzakirə edir

Rusiya Federasiyasının Rabitə Nazirliyində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi müzakirə edilib.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə “Rostelekom” ASC, “TransTelecom” QSC və “MTS” ASC-ni təmsil edən nümayəndələr layihənin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.

TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan müasir magistral şəbəkənin çəkilişini nəzərdə tutur.

Layihə çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərindən keçərək, Çin və Avropa arasında telekommunikasiya tranzit xəttinin tikilməsi planlaşdırılır.

Həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzəraltı xəttin çəkilişi alternativ variant kimi mövcuddur.

Tərəflər Rusiyanın layihədə rolu barədə danışıqların davamının vacibliyini vurğulayıblar. TASİM layihəsi haqqında bəyannamə 11 noyabr 2008-ci il tarixində Bakıda keçirilən nazirlərin regional görüşündə qəbul edilib.

Bununla yanaşı, layihə 2009-cu ildə kommunikasiya sahəsində fəaliyyət göstərən Regional Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub.

Layihə iştirakçıları müntəzəm olaraq görüşlər keçirirlər. Nəticə olaraq, iştirakçılar arasında bir sıra müqavilə və memorandumlar imzalanıb.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek