Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

14.03.2015 14:59

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın iclası iyunda keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriya ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb.

Azərbaycanla Avstriya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün istiqamətlərə nüfuz etdiyini deyən Ə.Abbasov digər sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.

Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən A.Vex ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq əməkdaşlıq üçün geniş imkanların olduğunu dilə gətirib. Səfir ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən İKT sektorunda genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Avstriyalı diplomat nazir Ə.Abbasovun “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya”nın sədri kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, münasibətlərin inkişafına təkan verən komissiyanın 1-3 iyun tarixlərində Bakıda keçiriləcək növbəti iclasında qarşılıqlı investisiya qoyuluşlarının müzakirəsinin, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes forumun təşkilinin məqsədəuyğunluğundan danışıb.

Səfir A.Vex ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini də qeyd edib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek