Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.04.2015 12:22

İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında saziş”ə uyğun olaraq, ikitərəfli İşçi Qrupunun iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəflər arasında dostluq və etimada əsaslanan münasibətlərin davamlı inkişafında İKT və rabitə sektorunun da öz yeri olduğunu qeyd edib.

Ölkəmizdə bu sahədə həyata keçirilən işlərdən danışan nazir müavini regionda ilk dəfə Azərbaycanda "Tier III" səviyyəsində Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) qurulması işlərinə başlanıldığını bildirib. Qonaqlar MESM-in fəaliyyət istiqaməti, parametrləri, eləcə də xidmət göstərəcəyi sahələr haqqında da məlumatlandırılıblar.

Macar nümayəndə heyətinə rəhbərlik edən Macarıstanın milli inkişaf nazirinin müavini Karoy Balaj Şoymar da ölkələrimiz arasında sıx və etibarlı əməkdaşlıq əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə edib. Azərbaycanın sürətli inkişafa malik olduğunu da vurğulayan qonaq ölkəmizlə İKT sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdıraraq, xüsusən Məlumatların Emalı və Saxlanılması Mərkəzinin qurulmasına töhfə vermək istəklərini dilə gətirib.

İclasda İşçi Qrup çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek