Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.04.2015 12:23

"AzerGold" qiymətli metalların hasilatı üçün innovativ texnologiyalar əldə edəcək

İnnovasiya texnologiyalarının tətbiqi ilə qiymətli metalların hasilatı üzrə biznes-layihə sınaq üçün “AzerGold” QSC-yə təqdim olunacaq. Bu barədə Trend-ə Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən bildiriblər.

Layihə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Fizika İnstitutunun elmi-texniki tədqiqatları əsasında hazırlanıb.

Yeni metod qiymətli metalların innovativ texnologiyalarla hasilatını nəzərdə tutur. Xüsusilə, burada söhbət metalın filizdən ayrılması üçün təhlükəsiz məhsullardan istifadəyə imkan verən mobil qurğudan gedir.

Texnologiyanın Böyük və Kiçik Qafqazdakı bir sıra qızıl filizi yataqlarında sınaqdan keçirildiyi qeyd olunur.

2015-ci il fevralın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “AzerGold” QSC qiymətli metal yataqlarının axtarışı, tədqiq olunması və istismarı ilə məşğul olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek