Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.04.2015 12:24

Azərbaycan bir sıra ərəb ölkələrində seysmik stansiyalar quraşdıracaq

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Dubay və Qətərdə seysmik stansiyalar quraşdıracaqlar. Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.

Qeyd olunub ki, azərbaycanlı mütəxəssislər ərəb ölkələrində ABŞ-ın “Kinemetrics” şirkətinin istehsal etdiyi stansiyaları quraşdıracaqlar.

Sistem inteqratoru funksiyasını yerinə yetirən Seysmoloji Mərkəz “Kinemetrics” şirkətinin Asiya və ərəb ölkələrində stansiyalar şəbəkəsinin quraşdırılması üzrə məsul tərəfdaşı seçilib.

Bundan əvvəl azərbaycanlı mütəxəssislər bu stansiyaların Omanda quraşdırılmasını həyata keçiriblər.

Bundan başqa, Əbu Dabidə peyk texnologiyaları əsasında çalışan telemtrik stansiya da RSXM-in mütəxəssisləri tərəfindən quraşdırılıb, həmçinin yerli mütəxəssislər üçün təlimlər təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  06/12/2019 07/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek