Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.04.2015 12:25

Belarus milli peykinin orbitə buraxılmasında Azərbaycanın təcrübəsindən yararlanacaq

Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və bu ölkənin ölkəmizdəki səfiri Nikolay Paskeviç “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.

Trend-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı qonaqlara “Azərkosmos” ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib.

Nazirə, həmçinin “Azerspace-1” peykinin idarə olunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanan kanallar barədə məlumat verilib.

Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.

Görüş zamanı “Azərkosmos” və Belarusun peyk operatoru “Belİntersat” arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq “Belİntersat-1” peykini idarə edəcək operatorun formalaşdırılmasında “Azərkosmos”un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub. Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə “Azerspace-1” peykinin modeli hədiyyə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek