Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

11.04.2015 12:26

Belarus Azərbaycanla İKT sahəsində birgə istehsal müəssisələrinin təsisinə maraq göstərir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.

Görüşdə Ə.Abbasov dövlət başçılarının rəsmi səfərlərinin dostluq və qarşılıqlı etimada əsaslanan, strateji tərəfdaşlığa çevrilən Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasında xüsusi yer tutduğunu, bu əlaqələrin bütün sahələrə, o cümlədən İKT və rabitə sektoruna da nüfuz etdiyini qeyd edib. Əməkdaşlığın daha da gücləndirilməsi üçün göstərilən bütün səy və təşəbbüslərə yüksək dəyər verdiyini bildirən nazir İKT sahəsində Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri haqınqda da fikirlərini paylaşıb.

S.Popkov da ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Belarusun Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb. Xüsusən elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnoparklar, kosmik sənaye və digər sahələrdə münasibətlərin inkişafı üçün yüksək potensialın olduğunu deyən S.Popkov yeni innovativ məhsullar üzrə Azərbaycan-Belarus birgə istehsal müəssisələrinin təsis edilməsinin də maraq doğurduğunu dilə gətirib. Hər iki ölkənin İKT şirkətlərinin daxili bazarlarda iştirakının gücləndirilməsinə də diqqət çəkən qonaq “BakuTel-2015” sərgi-konfransı çərçivəsində III “Belarus-Azərbaycan İKT Forumu”nun təşkilinin vacibliyindən söz açıb.

Görüşdə Azərbaycan bazarında yer almaq istəyən Belarus şirkətlərinin təqdim edəcəyi məhsul və xidmətlər üçün öncədən sınaq prosedurunun həyata keçirilməsi, ilk növbədə, keyfiyyət və qiymətlər üzrə analizin aparılması, testin nəticəsi olaraq isə müvafiq qərarın verilməsi məqsədəuyğun sayılıb. Eyni zamanda, maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek