Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

17.04.2015 11:37

Azərbaycan və Xorvatiya Hökuməti 
arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın 
tərkibi təsdiq edilib

Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in icrasını və ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Fazil Məmmədov
- Azərbaycan Respublikasının vergilər naziri.

Komissiyanın üzvləri:

İltimas Məmmədov
- Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Xələf Xələfov
- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev
- Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov
- Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbas Vəlibəyov
- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Nazim Səmədov
- Azərbaycan Respublikası mədəniyyət və turizm
nazirinin müavini

Ehtiram Rəhimov
- Azərbaycan Respublikası Dövlət Dəniz
 Administrasiyası rəisinin müavini

Kamil Xasiyev
- Azərbaycan Respublikasının Xorvatiya
 Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  17/07/2019 18/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek