Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.04.2015 13:41

“Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair tender üzrə təkliflər zərfləri açıldı

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair  “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açıldı.

Açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın “Orbital ATK” və “Space Systems Loral”, Çinin “China Great WallIndustry Corporation” və Fransanın “Airbus Defence and Space” şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

Qeyd edək ki, “Azerspace-2”-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək. “Azerspace-2”  regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün  yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”-in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək.

Həmçinin, “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek