Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

23.05.2015 12:11

Azərbaycan kiberhücumların qarşısını almağa hazırdır

Azərbaycanın informasiya sistemlərinə kiberhücumların illik artımı 30 faiz təşkil edib.

Bu barədə cümə axşamı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov informasiya təhlükəsizliyi ilə bağlı II Respublika elmi-praktiki konfransda bildirib.

Nazirin sözlərinə görə, kiberhücumların 90 faizi xaricdən həyata keçirilir: "Hər həftə təqribən iki min personal və planşet kompyuterlər bu cür hucumlara məruz qalır".

“Monitorinqlər göstərir ki, ölkədə son istifadəçi qurğuların 25 faizi informasiya təhlükəsizliyi riskinə məruz qalır. Kritik informasiya infrastrukturu, xüsusilə, elektrik və su təchizatı, maliyyə, rabitə sistemi, müdafiə və s. sahələrində təhlükənin artması ilə əlaqədar olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi dövlət üçün prioritet məsələdir”, - deyə nazir Ə.Abbasov bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı Azərbaycanda daxili və xarici siyasət formalaşdırılıb: “Daxili siyasət əsasən tənzimləyici funksiyaların genişlənməsinə və beynəlxalq standartlara uyğun institusion inkişafın təmin edilməsinə yönəlib. Bu istiqamətdə dövlət strukturlarında, xüsusilə, respublikanın güc və hüquq mühafizə orqanlarında məsuliyyətin paylanma prinsipi tətbiq edilir”, - deyə nazir vurğulayıb.

Nazir Ə.Abbasov qeyd edib ki, dövlətin siyasəti, bir tərəfdən, etibarlı mühitin təmin edilməsinə, ikinci tərəfdən kibertəhlükəsizlik sahəsində tədqiqatlara, sistemin qurulması və istifadə edilməsinə yönəlib: "Əsas elmi-texniki tədqiqatların aparılması və real texnoloji təhlükəsizlik sistemlərinin yaradılması üzrə səlahiyyətlər Milli Elmlər Akademiyasına verilib”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek