Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

23.05.2015 12:12

Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı

2015-ci il mayın əvvəlində ölkənin ilk provayderi "Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi aprelin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 160 Gbit/saniyə təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin statistik hesabatda deyilir.

Şəbəkənin yüklənmə dinamikası günün vaxtlarından asılı olaraq dəyişilir və ən böyük yüklənmə axşam saatlarına (saat 19:00 – 22:00, 140-160 Gbit/saniyə) düşür. Gündüz saatlarında bu göstərici 17 Gbit/saniyəyə qədər azalır.

“Delta Telecom”un məlumatına əsasən, hesabat dövründə xaric olan trafikin həcmi 35-dən 37 Gbit/saniyəyədək artıb. Hazırda AzNET seqmentinin ümumi tutumu 330 Gbit/saniyə təşkil edir.

"Delta Telecom" şirkətinin trafiki 27 telekommunikasiya operatoru (dövlət və özəl internet-provayderlər, mobil rabitə operatorları və digərləri) arasında bölüşdürülür.

Mayın 6-na olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan internet-trafikin daha böyük həcmi "BakinterNet" dövlət internet-provayderinin (26,86 faiz) payına düşür. İkinci yeri 16,64 faizlik payla “Aztelekom”, üçüncü yeri isə 11,97 faizlik payla "Unine" ("Stream" ticarət markası) tuturlar.

Yerdə qalan 44,53 faiz "AlfaNet", "Azintex", "Eurotelecom", "Smart Systems", "AG Telecom", "Azedunet", "Caspel", "QlobalNet", "Ultel", "Avirtel", "AzStarNet", "Castel", "MegaTelecom", "Azerin", "Stellford" ("Connect" ticarət markası), "Nakhchivan", "Azeronline", "Azqtel", "DATAPlus", Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, "AzEuroTel", "Bakcell", "Eurocel" и "TransEuroCom" arasında bölüşdürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek