Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.05.2015 11:33

“BakuTel” – İT sahəsi üzrə ilin ən yaxşı tədbiri

May ayının 20-də “Park Inn by Radisson” otelində hər il təşkil olunan 11-ci “NETTY” Milli İnternet Mükafatının təqdimatı keçirildi. “NETTY” akademikləri 16 nominasiya üzrə bu ilin ən yaxşı veb-resursları, internet layihələri, informasiya texnologiyaları sahəsinin aparıcı simaları və İT tədbirlərinin adlarını elan etdilər. İlin ən yaxşı İT tədbiri isə 20-ci yubiley “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“BakuTel 2014”) sərgisi elan edildi.

“NETTY” Mükafatı “BakuTel” sərgisinə informasiya dəstəyi göstərən “InfoCity” jurnalının direktoru Dmitriy Andrianov tərəfindən “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisinin meneceri Rəna Abutalıbovaya təqdim olundu. R. Abutalıbova təşkilatçılara öz təşəkkürünü bildirərək hamını 2-5 dekabr 2015-ci il tarixində keçiriləcək “BakuTel 2015” sərgisinə dəvət etdi.

Mükafatın təqdimat mərasiminin sonunda Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış etdi. E. Vəlizadə öz çıxışında “BakuTel” sərgisinin informasiya texnologiyaları sahəsinin inkişafında oynadığı böyük rolu xüsusilə vurğuladı.

Artıq uzun illərdir ki, “BakuTel” sərgisi “NETTY” Milli İnternet Mükafatının tərəfdaşıdır. Builki müsabiqə isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilirdi.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  17/07/2019 18/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek