Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

08.07.2013 12:15

Əli Abbasov: Azərbaycanda innovasiya müəssisələrinə böyük ehtiyac var

Azərbaycanda innovasiya müəssisələrinin inkişafı üçün əsas məsələ "start up"lara sərmayə yatırımının mövcud olmasıdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin fikrincə, yeni başlayan sahibkarlar üçün digər problemlər bazara daxil olmaqla bağlı ola bilər ki, bu da bazarda mövcud olan sərt rəqabətlə bağlıdır:

""Start up" şirkətlərin inkişafı üçün İKT İnkişafı Fondu və texnoparklar da daxil olmaqla müxtəlif fondlar mövcuddur ki, onların çərçivəsində yeni başlayan şirkətlər üçün vergi və gömrük güzəştləri nəzərdə tutulub. Biz bizneslə məşğul olmağı arzu edən gənc sahibkarların innovasiya xarakterli layihələri həyata keçirmək imkanlarına malik olmalarına çalışırıq".

Nazirin sözlərinə görə, innovasiya müəssisələrinin inkişafı növbəti 8-9 il ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas istiqamətidir.

Onun fikrincə, yeni şirkətlərin inkişafı üçün "start up"ların inkişafına böyük ehtiyac var:

"Azərbaycanda intellektual potensiala malik olan xeyli sayda gənc var. Onlar öz bizneslərini yaratmaq üçün yollar axtarırlar. Bu sahənin inkişafı üçün onlara müvafiq şərait yaratmaq və lazımi dəstəyi göstərmək lazımdır".

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek