Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

30.06.2015 15:02

Azərbaycan və Avstriya protokol imzaladılar

Bakıda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdan əvvəl Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Avstriya Respublikası tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qirlinger arasında ikitərəfli görüş keçirilib.

Daha sonra Qarışıq Komissiyanın 8-ci iclası öz işinə başlayıb.

İclasda tərəflər arasında iqtisadi əlaqələrdən söz açan Hökumətlərarası Komissiyanın həmsədri, nazir Ə.Abbasov çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Avstriya Respublikası Prezidenti Haynts Fişer tərəfindən 2013-cü il may ayının 13-də Vyanada imzalanmış “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə”nin xüsusi rolunu vurğulayaraq, bununla münasibətlərdə yeni inkişaf dinamikasının təməlinin qoyulduğunu diqqətə çatdırıb.

Əməkdaşlığın bugünkü səviyyəsinin qənaətbəxş olduğunu deyən həmsədr bütün sahələrdə münasibətlərin genişləndirilməsi, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin ilbəil artırılmasına qarşılıqlı marağın olduğunu bildirib.

Qarışıq Komissiya çərçivəsində indiyə qədər keçirilən iclas və görüşlərin məhsuldar nəticələrindən də məmnunluq ifadə edən nazir bu danışıqların məntiqi davamı kimi, gələcək əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb.

Nazir, həmçinin protokolun İnformasiya və Kommunikasiya Texnologiyaları bölməsinə dair çıxış edərək, perspektiv planlardan söz açıb.

Daha sonra söz Hökumətlərarası Komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım B.Qirlingerə verilib.

Ölkəmizin iqtisadi göstəricilərinin ildən-ilə yüksəlməsinə dost ölkə kimi sevindiklərini bəyan edən B.Qirlinger dünyada müşahidə edilən qlobal böhrana baxmayaraq, Azərbaycanla Avstriya arasında iqtisadi münasibətlərin hər il yaxşılaşmaqda olduğunu, bu inkişaf dinamikasının gələcəyə daha nikbinliklə baxmağa əsas verdiyini vurğulayıb.

Avstriyanın iqtisadi vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edən avstriyalı həmsədr son 10 ildə həyata keçirilən işlərə diqqət çəkib. İqtisadi proqnozlar, iqtisadiyyatın təşviqi üzrə yeni vergi islahatlarının tətbiqi və bundan gözləntiləri nəzərə çatdıran B.Qirlinger ölkəsinin ixracyönümlü iqtisadiyyata üstünlük verdiyini, eyni zamanda Avstriya iqtisadiyyatında yer alan hər 10 avrodan 6-sının məhz ixracyönümlü iqtisadiyyatdan qazanıldığını qeyd edib.

Avstriyanın Azərbaycanla əməkdaşlıqda maraq göstərdiyi sahələrə də toxunan B.Qirlinger xüsusən alternativ və bərpaolunan enerji, turizm sənayesi, telekommunikasiya, infrastruktur, kənd təsərrüfatı kimi sahələrdə münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib, eyni zamanda bu potensialdan gələcək əməkdaşlıqda səmərəli istifadə olunacağına ümid etdiyini diqqətə çatdırıb.

Daha sonra iclasda geniş tərkiblə təmsil olunan Avstriya nümayəndə heyətinin üzvləri təqdimatla çıxış edərək, şirkətlərin fəaliyyət istiqamətləri və onların Azərbaycan bazarına göstərdikləri maraqdan söz açıblar.

Həmçinin iclasda Azərbaycan və Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi imkanları ətraflı müzakirə olunub.

Müzakirələrdən sonra Qarışıq Komissiyanın iclasının protokolu imzalanıb.

Protokolu Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasov, Avstriya tərəfindən isə xanım B.Qirlinqer imzalayıblar.

Qeyd edək ki, B.Qirlinqerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində biznes-forum, eləcə də digər qurumlarda görüşlərin keçirilməsi nəzərdə tutulur.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/08/2019 21/08/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek