Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

30.06.2015 15:06

Azərbaycan İranda keçirilən İT sərgisində iştirak edir

Azərbaycanın İT şirkətləri Tehranda keçirilən IV Beynəlxalq “INOTEX-2015” İnnovasiyalar və Texnologiyalar sərgisində milli pavilyonunda uğurlarını nümayiş etdirir. Trend bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən xəbər verir.

Məlumatda deyilir ki, iyunun 9-da başlayan sərgi iyunun 12-dək davam edəcək.

Məqsəd sərgi iştirakçılarını Azərbaycan iqtisadiyyatı ilə tanış etmək, telekommunikasiya və yeni texnologiyalar sahəsində ən yeni texniki həllərin təqdimatını həyata keçirməkdir.

Sərgidə 20 ölkədən 500-ə yaxın şirkət iştirak edir. Sərginin əsas bölmələri aşağıdakılardır: innovativ texnologiyalar, neft-qaz və neft-kimya sənayesi üçün qurğular, yüksək texnoloji tibb və bio-tibbi mühəndislik, sənaye avtomatlaşdırılması və intellektual sistemlər, biotexnologiyalar, nanotexnologiyalar, bərpa edilən energetika, avia-kosmik texnologiyalar, tibbi və laboratoriya cihazları, aksesuarlar, infrastrukturlar, geologiya və yeni materiallar, optika, fotonika və lazerlər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2019 21/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek