Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

30.06.2015 15:07

Azərbaycan və İranın texnologiya parkları əməkdaşlıq protokolu hazırlayır

"Azərbaycanın “Yüksək Texnologiyalar Parkı” MMC və İranın “Pardis” texnologiya parkı arasında əməkdaşlıq birgə protokolla möhkəmlənəcək. Protokolun beynəlxalq “BakuTel-2015” telekommunikasiya sərgisi çərçivəsində imzalanacağı gözlənilir".

Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov İranın texnologiya parkının rəhbərliyi ilə görüşü şərh edərkən deyib.

Aparat rəhbərinin başçılığı altında Azərbaycan nümayəndə heyəti İranda keçirilən IV Beynəlxalq “INOTEX-2015” innovasiyalar və texnologiyalar sərgisində iştirak edir.

V.Zeynalovun sözlərinə görə, Tehrana səfər çərçivəsində nazirliyin nümayəndə heyəti İran texnoparkının fəaliyyətini və onun ərazisində istehsal olunan məhsulları ətraflı öyrənib: “Görüşün yekunlarına əsasən, bu sahədə əməkdaşlıq üzrə protokolun hazırlanması barədə razılıq əldə olunub. Protokolun “BakuTel-2015” sərgisi çərçivəsində imzalanacağı gözlənilir”.

Azərbaycanın “INOTEX-2015” sərgisində iştirakına münasibət bildirən nazirlik nümayəndəsi qeyd edib ki, Azərbaycanın milli pavilyonu İranın vitse-prezidenti Surin Səttarinin diqqətini cəlb edib: “O, stenddə təqdim olunan Azərbaycan istehsallı portativ və planşet kompüterlərlə yaxından tanış olub”.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/05/2019 21/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek