Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

03.07.2015 10:05

Nazir startapçılarla görüşdü

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Startap Azərbaycan” yarışmasının qalibləri və iştirakçıları ilə görüş keçirilib.

 

Görüşün əsas məqsədi ölkədə Startap hərəkatının genişlənməsi və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparmaq olub.

 

Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startapçılar da iştirak ediblər.

 

Nazir Əli Abbasov İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrant şəklində maliyyə dəstəyinin həyata keçirilməsindən bəhs edib.

 

Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib.

 

Tədbirdə Fondun elan etdiyi 1-ci və 2-ci qrant müsabiqələrinin qalibi olmuş layihələr barədə təqdimatlar keçirilib, Fond haqqında video təqdimat nümayiş olunub.

 

Görüşün sonunda startap layihələr tərəfindən İKT sahəsində sahibkarlığın inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması sahəsində qrant müsabiqələri keçirir. Belə ki, elan ediləcək növbəti qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn qeydiyyatdan keçərək öz layihələrini təqdim edə bilərlər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek