Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.07.2015 10:07

Fransa və Azərbaycan arasında kosmik sənaye və nüvə tədqiqatları sahələrində əməkdaşlıq müzakirə edilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın xarici ticarət naziri Mattias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan nazir Əli Abbasov bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye və nüvə tədqiqatları sahələrində uğurla inkişaf etdiyini bildirib.

 

Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal roluna da toxunan nazir ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace-1”-in orbitə çıxarılmasında fransız şirkətlərinin yaxından iştirakını xatırladıb.

 

Fransanın xarici ticarət naziri Mattias Fekl isə nitqinə “Bakı-2015” ilk Avropa Oyunlarının yaratdığı təəssüratlarla başlayıb. Bu münasibətlə xalqımızı təbrik edən ali qonaq Oyunların keyfiyyətli və yüksək səviyyədə təşkilini, göstərilən yüksək nəticələri, o cümlədən qazandıqları medal sayına görə Fransanı geridə qoyan Azərbaycan idmançılarının nailiyyətlərini xüsusi vurğulayıb.

 

Fransa prezidenti Fransua Olland ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın inkişafına impuls verdiyini nəzərə çatdıran fransalı nazir ölkəmizlə nüvə texnologiyaları, rabitə, kosmik sənaye sahələrində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

 

Nazir Əli Abbasov da öz növbəsində, uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq olduğunu qeyd edərək, bu münasibətlərin inkişafına xələl gətirə biləcək bəzi məqamlara, xüsusən bu yaxınlarda Fransanın 3 şəhəri ilə qondarma Dağlıq Qarabağın 3 şəhəri arasında dostluq xartiyasının imzalanması məsələsinə toxunub. Nazir ciddi narahatlıq doğuran bu fakta Fransanın rəsmi qurumları tərəfindən reaksiyanın verilməsinin gözlənilən olduğunu deyib.

 

Mattias Fekl də artıq məsələdən xəbərdar olduqlarını, eyni zamanda Fransanın rəsmi dairələrində məsələyə mənfi reaksiya verildiyini qeyd edib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  23/07/2019 24/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek