Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.07.2015 10:11

Azərbaycan mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricini 17 faiz üstələyir

Azərbaycan mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricini 17 faiz üstələyir. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 6 ayının yekunları ilə bağlı keçirlən kollegiya iclası zamanı Mərkəzi Aparatın rəhbəri Vidadi Zeynalov məruzəsində deyib. Trend bu barədə nazirliyin saytında yayılan məlumata istinadən xəbər verir.

V.Zeynalov bildirib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib: “Sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb. Sektorda əldə olunan gəlirlərin təxminən 80 faizi isə özəl sektorun payına düşüb”.

O qeyd edib ki, hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir: “Eyni zamanda Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 22,7 faiz, mobil abunəçilərin sayına görə isə 17 faiz üstələyr”.

V.Zeynalov məruzəsində bildirib ki, hesabat dövründə kosmik layihələrin icrası, Azərbaycanda yüksək reytinqli Data Mərkəzin yaradılması, “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili və digər yeni istiqamətlər üzrə işlər də davam etdirilib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  22/05/2019 23/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek